Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkmənistanda ilk dəfə parlamentin yuxarı palatasına seçkilər keçirilib

131 Baxış

Türkmənistanda ikipalatalı parlament sisteminə keçidlə bağlı yuxarı palataya ilk seçkilər keçirilib.

TASS xəbər verir ki, ölkənin Milli Məclisin yuxarı palatası olan Xalq Məsləhətinə seçkilər Bakı vaxtıyla saat 9:00-da başlanıb və artıq sona çatıb. Hazırda seçki komissiyalarında səslərin hesablanması prosesi gedir.

Qeyd edək ki, Türkməsintan parlamentinin yuxarı palatasının 56 üzvü olacaq. Seçkilərdə namizədliyi qeydə alınan 112 nəfər bu yerlər uğrunda mübarizə aparıb.    

Xatırladaq ki, ölkədə ikipalatalı parlamentə keçid təşəbbüsünü Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov irəli sürüb. 2020-ci ilin oktyabr ayında Milli Məclis müvafiq qanun layihəsini qəbul edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678