Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya Ermənistandan tərəvəz idxalını məhdudlaşdıra bilər

145 Baxış

“Rosselxoznadzor” (Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) pepino mozaika virusu səbəbindən Ermənistandan Rusiya Federasiyasına pomidor idxalını məhdudlaşdıra bilər.

Ren TV-nin məlumatına görə, bu barədə Federal Xidmətdən bildirilib.

Qeyd edilib ki, Rusiyadan Ermənistandan gətirilən pomidor partiyasında “Pepino mozaika virusu” aşkarlanıb. Bu virus Rusiyada tərəvəz yetişdirilməsinə böyük ziyan vura biləcəyi üçün təhlükəli hesab olunur.

“Virusa yoluxma nəticəsində pomidor, bibər, badımcan, kartof və digər tərəvəzlərin ticarət keyfiyyətlərini itirir, meyvələrin ölçüsü kiçilir, yetişməsi qeyri-bərabər olur və ləkələr əmələ gəlir”, – “Rosselxoznadzor”dan bildirilib.

Federal Xidmətdən bildirilib ki, virus tərəvəzlərdə yenidən aşkarlanarsa, şöbə onların Ermənistandan idxalını məhdudlaşdıra bilər.

Qeyd edək ki, “Pepino mozaika virusu” meyvə, tərəvəz və dekorativ bitkilər daxil olmaqla 150-dən çox bitki növünü yoluxur. Bu xəstəlik bitki yarpaqlarında saralmış, ağ, açıq yaşıl və tünd yaşıl ləkə, damarlanma kimi üzə çıxır. Ən çox yoluxan bitki növlərinə pomidor, kələm, balqabaq, gül kələmi və xiyar aiddir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678