Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Onlarla insanın ölümünə səbəb olan təyyarənin səs yazısı tapıldı

120 Baxış

İndoneziyanın 2021-ci ilin yanvarında Yava dənizində qəzaya uğrayan “Sriwijaya Air” şirkətinə məxsus təyyarəsinin səs yazısı tapılıb.

“Reuters” bu barədə ölkənin Nəqliyyat Nazirliyinin açıqlamasına istinadla xəbər yayır.

Hələlik bu barədə əlavə məlumat verilmir.

Qeyd edək ki, Cakartadan Pantianaka uçan təyyarənin göyərtəsində 62 nəfər olub. Təyyarə 3.3 min metr yüksəkliyə qalxdıqdan dərhal sonra Seribu arxipelaqında dənizə düşüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678