Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST rəsmisi: “Peyvəndlərin tətbiqində maneələri aradan qaldırmalıyıq”

123 Baxış

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropanın peyvənd təşkilatçılığının ləng getdiyini vurğulayaraq yoluxma hadisələrinin regional artımına diqqət çəkib.

“TRT Haber” məlumat verir ki, ÜST-nin Avropa üzrə direktoru Hans Kluge bu mövzu ilə əlaqədar açıqlama verib:

“Peyvəndlər bizə epidemiyadan qurtulmağın ən yaxşı yolunu təklif edir”, – deyən Kluge bu peyvəndlərlə bağlı təşkilatçılığın “qəbuledilməz dərəcədə ləng” olduğunu bildirib.

Kluge bu vəziyyətin epidemiya müddətini uzatdığını vurğulayıb:

“İndi istehsalımızı artırmalı, peyvəndlərin tətbiqində maneələri azaldaraq, hər bir peyvəndi istifadə etməli və prosesi sürətləndirməliyik”.

ÜST-dən bildirilib ki, Avropada epidemiya ilə bağlı vəziyyət gördüyündən daha pisdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678