Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Braziliyada koronavirus pandemiyası sona çatır

156 Baxış

Braziliyada koronavirus pandemiyası sona çatır.

“Globo”nun məlumatına görə, bu barədə ölkə prezidenti Jair Bolsonaru xəbər yayıb.

Bununla bağlı öz nitqində o, COVID-19 vaksini barədə fikir ayrılığı yaşadığı San-Paulu ştatının  qubernatoru Joau Dorianı da xatırlayıb.

“Pandemiya sona çatır. Düşünürəm ki, buna görə də Doria təcili vaksinasiya istəyir. Çünki pandemiya sona çatdıqda o, deyəcək: “Əlbəttə, hər şey mənim vaksinim sayəsində oldu! Aydındır?”, – deyə Bolsonaru izah edib.

O, həmçinin Doria idarəetməsinin başa çatmaq üzrə olduğunu da vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678