Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Böyük Britaniya COVID-19-a qarşı toxunulmazlıq əldə edə bilər

121 Baxış

Gələn həftənin əvvəlinə qədər Böyük Britaniya COVID-19-a qarşı kollektiv toxunulmazlıq əldə edə bilər.

“Haber Global”ın məlumatına görə, bu barədə London Universitet Kollecinin (UCL) proqnozlarından məlum olur.

Tədqiqatçılar aprelin 12-i bazar ertəsi gününə qədər xəstələnən, yaxud peyvənd vurduran və ya təbii toxunulmazlığı olanların nisbətinin ölkənin ümumi əhalisinin 73 faizinə çatacağını düşünürlər. Bu isə kollektiv toxunulmazlıqdan danışmaq üçün əsas verir.

Milli Statistika İdarəsinin keçən həftə yayımlanan rəsmi məlumatlarına görə, martın ortalarından etibarən britaniyalıların 54 faizinin COVID-19-a qarşı anticisimləri var. O vaxtdan bəri daha 7 milyon brpitaniyalı vaksin olub, 100 min nəfər isə xəstəliyi keçirib.

Hazırda 31 milyondan çox britaniyalı azı bir doz COVID-19 peyvəndi alıb, təxminən 6 milyon hər iki dozanı alıb.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678