Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan: “Mübarizəmiz uğura çatanda Türkiyə siyasi və iqtisadi cəhətdən dünyanın ən böyüklərindən olacaq”

144 Baxış

“İqtisadiyyatımıza qarşı hücumların əvəzi oldu, hədəflərimizə çatmaq üçün sürətlə irəliləyərkən bizi yavaşlatdılar, ancaq ölkəmizi bu mübarək yoldan geri çevirə bilmədilər”.

“Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Millətimizin birliyini poza bilmədilər. Qurduqları tələləri pozduq. Türkiyəni qəyyumluqla əsir edə bilmədilər, Türkiyəni terrorla diz çökdürə bilmədilər, Türkiyəni çevrilişlə yıxa bilmədilər, Türkiyəyə təhdidlə, mühasirə ilə, embarqo ilə qandal vura bilmədilər, Türkiyəni iqtisadiyyatla da məğlub edə bilməyəcəklər. Apardığımız mübarizəni uğura çatdıranda Türkiyə siyasi və iqtisadi cəhətdən dünyanın ən böyükləri arasına özünə yer tapacaq”, – deyə R.Ərdoğan bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678