Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Serj Sarqsyanın qardaşı oğlu həbs edildi

168 Baxış

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyan yenidən həbs olunub.

“Sputnik Ermənistan” yazır ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abramyan “Facebook” səhifəsində məlumat verib.

12 apreldə Kassasiya Məhkəməsi Baş Prokurorluğun apellyasiya şikayətini təmin edib və Apellyasiya məhkəməsinin Sarqsyana qarşı qabaqlayıcı tədbir kimi girov tətbiq edilməsi barədə qərarını ləğv edib.

Xatırladaq ki, Narek Sərqsyan silah, narkotik maddə saxlamaq və dələduzluqla əlaqəli cinayət işi çərçivəsində axtarışda olub və “insan oğurluğu” maddəsi ilə ittiham edilib. 2018-ci ilin dekabrında “İnterpol” onu Praqada tutub. Burada o, Franklin Qonzalez adı altında gizlənirdi. Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi onu Ermənistana təhvil verməyə razı olub. Sarqsyan barəsindəki qanunsuz silah saxlama, dələduzluq və adam qaçırmaqla bağlı ittihamları qəbul edib.

2019-cu ilin dekabrında o, İrəvana aparılıb. Sarqsyan barəsində həbs qətimkan tədbiri seçilib, lakin 13 noyabr 2020-ci ildə məhkəmə onu 50 000 dollar girov müqabilində sərbəst buraxıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678