Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cavuşoğlu: ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlədəcəyini düşünmürük

114 Baxış

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın yeni administrasiyasının “erməni soyqrımı”nı tanıyıb-tanımayacağı ehtimalı ilə bağlı sualı cavablandırıb.

Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində bəyan edib ki, ABŞ kimi bir dövlət beynəlxalq hüququ nəzərə alaraq, belə bir qərar verməz.

“ABŞ-ın əvvəlki prezidentləri bu iddiada olublar. Ancaq ABŞ kimi bir dövlət beynəlxalq hüququ nəzərə alarsa, belə bir qərar verməz. Aprelin 24-də ABŞ prezidentinin belə bir ifadə işlədəcəyini düşünmürük”, – deyə M. Çavuşoğlu qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678