Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qaqauziyanın rəhbəri rəsmi açılış mərasiminə xarıbülbül nişanı ilə qatılıb – FOTO

146 Baxış

Moldovanın Qaqauziya muxtar vilayətinin başçısı İrina Vlax Komrat bələdiyyəsindəki tədris müəssisəsinin rəsmi açılış mərasiminə qatılıb.

Oxu.Az xəbər verir ki, mərasim zamanı vilayət başçısının pencəyində Vətən müharibəsində Azərbaycanın qələbə rəmzinə çevrilən xarıbülbül döş nişanının olması diqqətdən yayınmayıb.  

Bununla da, Qaqauziya rəhbəri qardaş Azərbaycan xalqına haqlı savaşda öz dəstəyini ifadə edib.

Tədbirdən fotolar İ.Vlaxın rəsmi “Facebook” səhifəsində yayımlanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678