Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da afroamerikalını güllələyən keçmiş polis məmuru girov müqabilində buraxılıb

162 Baxış

ABŞ-ın Minnesota ştatında Bruklin-Senter şəhərində afro-amerikalını güllələyən keçmiş polis məmuru Kim Potter girov müqabilində azadlığa buraxılıb.

Bu barədə “Fox News” telekanalı məhkəmənin sənədlərinə istinad edərək xəbər yayıb.

Qadın 100 min dollar girov müqabilində buraxılıb. Sabiq hüquq mühafizəçinin aprelin 15-də keçiriləcək məhkəmədə iştirakı gözlənilir.

Qeyd edək ki, Potter ehtiyatsızlıqdan adam öldürmədə ittiham olunur. O, 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, hadisə bir neçə gün əvvəl baş verib: Polis 20 yaşlı Dante Raytın avtomobilini yol-hərəkət qaydalarını pozma səbəbi ilə saxlayıb. Rayt hüquq-mühafizə işçilərinə tabe olmayıb və öz maşınına əyləşib və hərəkətə başlayıb. Polislərdən biri gənci silahla vurub. Onun maşını bir qədər irəliləyib və başqa bir avtomobilə dəyib. Rayta tibbi yardım göstərilsə də o, yerindəcə ölüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678