Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yanacaq daşıyan maşın partladı: Onlarla şəxs həlak oldu – VİDEO

119 Baxış

Nigeriyanın Benue ştatının ərazisində benzindaşıyan maşının partlaması nəticəsində 18 nəfər həyatını itirib.

Bu barədə yerli “Vanguard” nəşri məlumat yayıb.

Qeyd olunur ki, partlayışdan sonra meydana gələn yanğın yaşayış evlərinə keçib, yüzlərlə ev yanaraq yararsız hala düşüb.

Hazırda qəzanın baş verdiyi ərazidə xilasedicilərin işlədiyi bildirilir. Həlak olanların sayının artacağı istisna edilmir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678