Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirusun bütün mutasiyalarına təsir edəcək peyvənd hazırlanır

113 Baxış

Çinli mütəxəssislər yeni koronavirus növünün müxtəlif mutasiyalarına qarşı təsirli və insanı hər növ ştammlardan daha yaxşı qoruyacaq peyvənd hazırlayırlar.

TASS xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsinin epidemiyaya qarşı mübarizə üzrə xüsusi komissiyasının rəhbəri, akademik Çjun Nanşan məlumat verib:

“Çində ən çox istifadə edilən peyvəndlər əczaçılıq şirkətləri “Sinovac” və “Sinopharm”ın hazırladıqları dərmanlardır. Onlar da məsələn, Cənubi Afrika ştammına qarşı təsirsizdirlər. Hazırda bizi mutasiyaya uğramış virusdan qoruyacaq dərmanı inkişaf etdirmək üçün bütün qüvvələrimizi səfərbər etmişik”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678