Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bağdad xəstəxanasınadakı partlayışda ölənlərin sayı 82 nəfərə çatıb – VİDEO

107 Baxış

Bağdadda dünən axşam saatlarında COVID xəstəxanasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

Bu barədə yerli INA agentliyi İraq DİN-ə istinadən məlumat yayıb.

İnsident nəticəsində daha 110 nəfərin xəsarət aldığı bildirilib.

İlkin məlumata görə, faciəyə səbəb oksigen balonunun partlaması olub. Qurbanların bir çoxu dəm qazından boğularaq ölüb.

İraqın Baş naziri Mustafa əl-Kazımi xəstəxana rəhbərliyinin saxlanılması barədə göstəriş verib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678