Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Britaniyanın Azərbaycandakı səfiri Avropa çempionu olmuş həmyerlimizi təbrik edib – FOTO

123 Baxış

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp idman gimnastikası üzrə Avropa çempionatının Azərbaycan əsilli qalibi Cesika Qədirovanı təbrik edib.

Səfir bu barədə öz “Twitter” səhifəsində paylaşım edib.

“Azərbaycan əsilli britaniyalı gimnast Cesika Qədirovanı İsveçrənin Bazel şəhərində keçirilən Gimnastika üzrə Avropa Çempionatında üç medal qazanması münasibətilə təbrik edirəm!” – diplomat yazıb.

Qeyd edək ki, Böyük Britaniyanı təmsil edən 16 yaşlı Cesika Qədirovanın hər iki valideyni azərbaycanlıdır.

Azərbaycan əsilli britaniyalı gimnast @JessicaGadirova İsveçrənin Bazel şəhərində keçirilən Gimnastika üzrə Avropa Çempionatında üç medal qazanması münasibətilə təbrik edirəm!?? #Azerbaijan ?? #UK ?? #SportIsGreat ?‍♂️???‍♀️?? https://t.co/5bncED63BH

— James Sharp (@JamesSharpFCDO) April 26, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678