Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənilər sülhməramlılara açıq-aşkar meydan oxuyur: 76 il sonra faşistlər Kremli məğlub edəcək?

112 Baxış

Atalar yaxşı deyib, itlə dostluq et, ancaq çomağı əlindən qoyma. Elə indi Qarabağda sülhməramlıların nəzarətindəki ərazidə baş verənlər məhz bu misalı xatırladır.

Heç kimə sirr deyil ki, ermənilərin tarixində saxta olmayan bircə şey varsa, o da əsrlər boyu Rusiyanın himayəsindən istifadə etmələridir. Lakin bu gün sosial şəbəkələrin Ermənistan seqmentində yayılan informasiyalar onu göstərir ki, erməni xisləti hətta Rusiyanın belə “üzünə ağ olmağa” imkan verəcək qədər riyakardır.

Belə ki, sosial şəbəkənin erməni istifadəçilərinə inansaq Rusiyanın sülhməramlı kontingenti 9 May Qələbə Gününə qədər faşist Qaregin Njdeyə Xocavənddə qoyulmuş abidənin sökülməsini tələb edib.

Ermənilərin cavabı isə Rusiya sülhməramlılarının şəxsində Kremlə təhqir mahiyyəti daşıyıb. Çünki ermənilər sözügedən abidənin qarşısında “Bura sizin üçün Armavir deyil” yazılan plakat yerləşdiriblər. Bununla da onlar Armavirdə Qaregin Njdeyə qoyulmuş abidənin sökülməsinə işarə vurub və bir növ Rusiyaya meydan oxuyublar. Erməni sosial şəbəkə istifadəçiləri açıq-açkar Kremlə “Bura Rusiya deyil, faşizm tərəfdarının abidəsinin kölgəsi altında faşizm üzərində Qələbə Paradını keçirin” mesajını veriblər.

İtlə dostluq edib, çomağı nəinki əlindən yerə qoyan, hətta ümumiyyətlə varlığını unudan Rusiya üçün isə ermənilərin bu addımı dərs çıxarılmalı olan bir hadisə kimi qəbul edilməlidir. Odur ki, missiyasına başladığı gündən etibarən öz vəzifəsinin mahiyyətini dərk etməyərək çoxsaylı “səhvlərə” yol verən, ermənilərin sağlığına badə qaldıran sülhməramlıların indi qətiyyətli addımlar atmaq və dostluq etdiyi itə öz çomağını göstərmə vaxtıdır…

Əks halda yuxarıdakı qeyd etdiyimiz plakatda yazılan cümlə, Rusiya kimi nəhəng bir ölkənin imicini, nüfuzunu yerlə bir edə biləcək gücdədir. Bütün dünyada II dünya müharibəsində Rusiyanın rolu ilə bağlı təzadlı fikirlərin hökm sürdüyü, Moskvanın isə bu şanlı zəfərdə özünü bayraqdar elan etdiyi bir şəraitdə sülhməramlıların Qaregin Njdenin kölgəsində qalması isə 76 il sonra faşizmin Kreml üzərində qələbəsi anlamına gələ bilər!

Orxan Tağıyev


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678