Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə parlamenti beş aylıq çalışmadan sonra 44 günlük müharibə ilə bağlı hesabat yaydı

121 Baxış

“44 günlük döyüşlərdə müharibə qanunlarını pozan Ermənistanın cinayətlərini beş ay davam edən bir çalışma nəticəsində hesabat halına gətirən İnsan Hüquqları Araşdırmaları Komissiyamız Ermənistanın törətdiyi müharibə cinayətlərini yerində müəyyən edərək dünya ictimaiyyətinin diqqətini çəkəcək bir sənəd hazırlayıb”.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop parlamentdə Ermənistanın müharibə cinayətlərinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Komissiyamız Ermənistan-Azərbaycan münaqişəsinin tarixi keçmişini təhlil edən bu hesabatla bəşəriyyət və insan hüquqları adına Türkiyə Böyük Millət Məclisinin öhdəliyini yerinə yetirib”, – deyə M.Şəntop bildirib.   


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678