Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qırğızıstan prezidenti sərhəddəki qanlı olaylarla əlaqədar əməliyyat müşavirəsi keçirib

121 Baxış

Qırğızıstan Prezidenti Sadır Japarov Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı insidentlə əlaqədar hökumət üzvlərinin iştirakı ilə operativ əməliyyat müşavirəsi keçirib.

Bu barədə Qırğızıstan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Müşavirədə güc strukturları rəhbərlərinin və aidiyyəti dövlət qurumlarının məlumatları dinlənilib.

Vəziyyəti öyrənmək və nəzarətə götürmək üçün Baş nazirin birinci müavini Artem Novikovun rəhbərliyi ilə işçi qrupu yaradılıb.

Xatırladaq ki, bu gün Qırğızıstan ilə Tacikistanın dövlət sərhədində baş verən atışma nəticəsində 15 nəfər yaralanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678