Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Moldovada parlament buraxıldı, yeni seçkilərin vaxtı açıqlandı

117 Baxış

Moldova Respublikasının Prezidenti Maya Sandu ölkə parlamentin buraxılması və 11 iyul üçün erkən seçkilərin elan edilməsi haqqında fərman imzalayıb.

RBK xəbər verir ki, dövlət başçısının imzaladığı fərman Moldova prezidentinin rəsmi saytında dərc edilib.

“Bir neçə dəqiqə əvvəl parlamentin buraxılması haqqında fərman imzaladım. Seçkilər 11 iyul 2021-ci il tarixinə təyin edilib”, – M. Sandu qeyd edib.

Moldova prezidenti əlavə edib ki, yeni seçkilər ölkəni böhrandan çıxarmağa və bütün dövlət qurumlarının vətəndaşların xeyrinə çalışmasına xidmət edəcək.

Xatırladaq ki, martın sonunda M. Sandu parlamentin buraxılması və erkən seçkilərə təşəbbüs hüququnu təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678