Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada qiymətlə razılaşmayan sərnişin taksi sürücüsünə atəş açdı

139 Baxış

Rusiyanın Perm şəhərində taksi sürücüsünə qarşı hücum faktı qeydə alınıb.

Bu barədə “RİA Novosti” yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Xanım sərnişin gediş qiymətinin çox yüksək olduğunu bildirib, sürücü isə onunla razılaşmayıb. Tərəflər arasında yaranan mübahisənin gedişində qadın travmatik tapanca vasitəsilə sürücüyə atəş açıb. Lakin o, hədəfdən yayınıb”, – deyə məlumatda bildirilib.

Taksi sürücüsünün yalnız kiçik cızıqlarla hadisədən qurtulduğu qeyd olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678