Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da 98 milyon insan səs verib

168 Baxış

ABŞ-da prezident seçkiləri davam edir.

“Hürriyet” xəbər verir ki, son məlumatlara görə, Co Bayden Floridada 1,7, Pensilvaniyada 2,5, Miçiqanda 4,8, Viskonsində 6,6, Arizonada 0,5 səslə Donald Trampı qabaqlayır.

Digər kritik əyalət olan Şimali Karolinada Trampın Baydenə görə səs üstünlüyü 0,5-dir.

Ölkədə təxminən 98 milyon insan artıq səsvermə hüququndan istifadə edib. Bu şəxslərin 62 milyondan çoxunun poçtla səs verdiyi və bunların 35 milyondan çoxunun erkən seçki mərkəzlərinə getdiyi bildirilir.

Prezident Tramp seçki nəticələrini Vaşinqtonda, Ağ Evdə izləyəcək. Tramp qalib gəlsə, bayramı Ağ Evdə keçirməyi planlaşdırdığını açıqlayıb.

 Bayden Deleyver ştatının Vilminqton şəhərində seçkiləri izləyəcək. O, qalib gəlsə, buradakı “Chase Center”dən xalqa müraciət edəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678