Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağciyərləri 100 faiz zədələnmiş qadın sağlam uşaq dünyaya gətirdi – FOTO

120 Baxış

Koronavirusa görə ağciyərləri 100 faiz zədələnmiş qadın sağlam uşaq dünyaya gətirib.

Bu barədə “Vestnik Kavkaza” xəbər yayıb.

Məlumata görə, hadisə Qazaxıstanın Nur-Sultan şəhərində qeydə alınıb. Uşağın çəkisinin 4 kq olduğu bildirilir.

Doğum vaxtı Aynagül Orazbekovun vəziyyətinin son dərəcə ağır olduğu vurğulanır. Qadın təcili olaraq ikitərəfli sətəlcəm və 100% ağciyər toxumasının zədələnməsi ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin sözlərinə görə, tibb işçiləri reanimasiya şöbəsində qadının həyatı üçün iki ay mübarizə aparıblar. Nəhayət 50 gün sonra həkimlərin səyi öz nəticələrini verib.

Qeyd edilir ki, bu, qadının üçüncü doğuşudur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678