Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putinin keçmiş fotoqrafı küçənin ortasında döyüldü – FOTO

149 Baxış

Moskvada naməlum şəxslər “Kommersant” qəzetinin fotomüxbiri Anatoli Jdanovu döyüblər.

Bu barədə nəşrin saytında məlumat verilib.

Bildirilib ki, Jdanov mübadilə məntəqələrinin vitrinlərini çəkmək üçün redaksiyadan tapşırıq alıb. Məntəqələrin birində çəkiliş apararkən, müəssisənin mühafizəçiləri ona hücum edərək, çəkdiklərini göstərməsini istəyiblər, o, imtina etdikdə isə döyməyə başlayıblar.

Sonra hücumçular bahalı fotoaparatı onun əlindən almaq istəyiblər. Lakin Jdanov onların əlindən çıxaraq qaçmağı bacarıb.

Həkimlər zərərçəkənə əzik yaralarından əlavə, üzün cırılmış yarası diaqnozunu qoyublar.

Hadisə ilə bağlı cinayət işinin başlanılması düşünülür. İstintaqa Rusiya İstintaq Komitəsi də qoşula bilər.

Anatoli Jdanov bundan əvvəl “Komsomolskaya Pravda”da işləyib. O, səfərlərdə RF prezidenti Vladimir Putini müşayiət edib. Sonradan o, topladığı materiallardan fotoalbom yaradıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678