Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da ümumi seçkilərdə səsvermə sona çatdı

131 Baxış

ABŞ-da ümumi seçkilərdə səsvermə sona çatıb.

CNN televiziya şirkətinin ilkin hesablamalarına görə, Bayden indiyə qədər 215, Tramp isə 165 seçici səsi toplayıb.

ABŞ-ın təxminən 300 nəfər əhalisi olan ən qərb qəsəbəsindəki Aleut adalarındakı Adyak qəsəbəsində də (yerli vaxtla 20:00-da, Bakı vaxtı ilə 10:00-da) seçki məntəqəsi bağlanıb.

“Associated Press”in ilkin hesablamalarına görə, demokrat namizəd Cozef Bayden ümumilikdə 61 957 940  (49,8 %), rəqibi respublikaçı Donald Tramp isə 60 461 523 səs (48,6%) qazanıb.

Liberalist namizəd Co Jorqensen 1 401 791 səs (1,1 %), “Yaşıllar”dan namizəd Houi Hokins 280 758 səs (0,2 %), digər namizədlər cəmi 312 663 səs (0,3 %) yığıb.

ABŞ-da çərşənbə axşamı keçirilən ümumi seçkilərdə prezident və vitse-prezident, 35 senator, Nümayəndələr Palatasına 435 üzv, 13 əyalət və ərazi valisi, eyni zamanda, yerli hökumət məmurlarını seçib. Namizəd qazanmaq üçün 538 seçici kollegiyası səsindən 270-ni yığmalıdır. Seçki kollegiyası ABŞ Konqresinin Senat (100) və Nümayəndələr Palatası (435) üzvlərinin ümumi sayına bərabərdir və kollegiyaya Kolumbiya Federal Dairəsindən də üç üzv daxildir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678