Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fikirləri mətnə çevirən neyroprotez hazırlanıb

129 Baxış

Amerikalı alimlər “kompüter-beyin” interfeysi yaradıblar.

Bu barədə “Nature” jurnalında dərc olunan məqaləyə istinadən Stenford Universitetinin mətbuat xidməti məlumat verib.

Məlumata əsasən, ABŞ neyrofizioloqları tərəfindən hazırlanan vasitənin köməyilə dəqiqədə 90 işarə yazmaq mümkündür.

Protezin könüllü sınaqları onurğasının zədələnməsi nəticəsində bədəni tam şəkildə iflic olmuş 63 yaşlı şəxs üzərində aparılıb.

Tibbi vasitənin yaradıcıları protezin, ilk növbədə ətraf aləmlə ünsiyyət imkanını itirmiş şəxslər üçün nəzərdə tutulduğunu bildiriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678