Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha bir ölkədə koronavirus dəhşəti: İnsanlar ölənləri həyətlərində dəfn edirlər

121 Baxış

Cənubi Amerika ölkəsi Peruda koronavirusdan ölüm sayının artması yeni problemlərə yol açıb.

“Anadolu” agentliyi xəbər verir ki, ölkənin paytaxtı Limada çox insan həyatını itirən yaxınlarını dəfn etmək üçün qəbiristanlıqlarda yer tapa bilmir.

Buna görə də insanlar yaxınlarını həyətlərində dəfn edirlər.

Bəzi insanlar sahibsiz ərazidə özləri və yaxınları üçün məzar yerləri hazırlayırlar.

Digər tərəfdən, pandemiya səbəbiylə iqtisadi vəziyyəti gündən-günə pisləşən ailələr üçün dəfn prosesi ciddi maddi çətinlik yaradır.

Qeyd dək ki, Peruda bu zamana qədər koronavirusdan 1 884 596 yoluxma, 65 911 ölüm qeydə alınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678