Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Co Baydenin seçki qərargahının rəhbəri Trampı hədələdi

143 Baxış

C.Baydenin seçki kampaniyasının meneceri Cen O’Melli-Dillon bildirib ki, hazırkı dövlət başçısının çağırışlarına baxmayaraq, səsvermə nəticələri hələ yekunlaşmayıb.

“Səsvermə hər səs sayılanadək davam edəcək. Onlar (Trampın açıqlamalarını nəzərdə tutur) hiddət doğurur, bu, ABŞ vətəndaşlarını demokratik hüquqlardan məhrum etmək deməkdir. Bunun bənzəri yoxdur. Tariximizdə heç bir ABŞ prezidenti amerikalıları səs vermək hüququndan məhrum etməyə çalışmayıb”, – deyə C.Baydenin seçki kampaniyasına rəhbərlik edən şəxs bildirib.

O əlavə edib ki, demokratik proses sona qədər davam etməlidir və əgər D.Tramp səslərin sayılmasına mane olmaq üçün məhkəməyə müraciət edərsə, bu səylərə müqavimət göstərmək üçün onlar da vəkil qruplara üz tutacaqlar.

“Onlar da öz növbəsində məhkəmədə qalib gələcəklər”, – deyə Cen O’Melli-Dillon qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678