Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-ın bir neçə ştatında 300 mindən çox seçki bülleteni itib – İDDİA

141 Baxış

ABŞ-da vətəndaşlar tərəfindən doldurulan və poçtla göndərilən 300 mindən çox seçki bülleteni itirilmiş ola bilər.

“Fox News” xəbər verir ki, ABŞ Poçt Xidməti onların çatdırılmasını izləyə və təsdiqləyə bilməyib.

Məhkəmə qərarına görə, təşkilatın bütün şöbələrini yoxlamaq lazım idi, lakin onlar saytın əməkdaşına “Hər ərazidə yalnız bir və ya iki müfəttiş var və bu səbəbdən obyektlərin hamısını şəxsən araşdırmaq imkanı yoxdur”, – deyə izah ediblər.

Bir qrup müşahidəçi bülletenlərin bir hissəsinin çatdırılması təsdiqinin olmaması səbəbindən məhkəməyə müraciətlə həyəcan təbili çalıb. Əsas da Pensilvania və Viskonsin kimi bir neçə “tərəddüdlü” ştatlarda bülleten yoxdur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678