Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ vətəndaşlarını Ermənistana səfər etməməyə çağırdı

130 Baxış

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına koronavirusla əlaqədar vəziyyətə görə Ermənistana səyahət etməkdən çəkinməyə, həmçinin Azərbaycanla sərhəd yaxınlığındakı yollarda ehtiyatlı olmağa çağırış edib.

Bu barədə ABŞ Dövlət Departamentinin saytında bəyanat yerləşdirilib.

“COVID-19-a görə Ermənistana səfər etməyin. Bir sıra məntəqələrdə yüksək koronavirus riski mövcuddur”, – deyə bəyanatda deyilir.

Bununla yanaşı ABŞ hökuməti vətəndaşlarını Ermənistanın Azərbaycanla sərhəddəki yollarında ehtiyatlı olmağa çağırıb:

“Yolun bəzi hissələrinin əvvəlcədən xəbərdarlıq olmadan beynəlxalq sərhədləri keçə biləcəyini unutmayın. Yollarda nəzarət-buraxılış məntəqələri qurula və ya yollar ilkin xəbərdarlıq olmadan səfər edənlər üçün bağlı ola bilər”, – deyə Dövlət Departamentindən bildirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678