Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Minsk aeroportuna təcili eniş edən təyyarədə “terrorçu” aşkar olunub

129 Baxış

“Ryanair” şirkətinin Afina-Vilnüs müntəzəm marşrutu üzrə hərəkər edən təyyarəsi Minsk hava limanına təcili eniş edib.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, təcili enişə səbəb təyyarənin göyərtəsində partlayıcı qurğunun yerləşdirilməsi barədə məlumat olub. Hava gəmisində aparılan axtarışlar nəticəsində heç bir təhlükənin olmadığı müəyyən edilib.

Həmçinin, təyyarənin sərnişinləri yoxlamadan keçirilib və onların arasında “Nexta” “YouTube” və “Telegram” kanallarının təsisçisi, Belarusda terrorizmdə ittham olunaraq, axtarışa verilən Roman Protaseviç də olub.

Redaktor dərhal həbs edilib. O, 15 ilədək azadlıqdan məhrum edilə bilər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678