Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyənin robot-əsgəri orduda xidmətə başlayır – FOTO

130 Baxış

Türkiyənin çoxməqsədli yerüstü pilotsuz hərbi aparatı BARKAN iyun ayında xidmətə girəcək.

Bu barədə HAVELSAN  (Hava Elektronik Sanayi) şirkətinin baş direktorunun müavini Muhittin Solmaz “Anadolu” Agentliyinə məlumat verib.

Onun sözlərinə görə, BARKAN bir sıra sınaqlardan uğurla keçib.

“Əsas məqsədimiz bu cihaza süni intellekt tətbiq etməkdir. Bu vasitələrin pilotsuz uçuş aparatları, digər uzaqdan idarə edilən quru nəqliyyat vasitələri, həmçinin insanlı nəqliyyat vasitələri ilə birgə tapşırıqlar yerinə yetirməsi səhra şəraitində qoşunlarımızın effektivliyini artıracaq”, – deyə M.Solmaz bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678