Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Biz Azərbaycanla davamlı sülh istəyirik” – Paşinyan

136 Baxış

“Biz Azərbaycanla davamlı sülh istəyirik.”

Turanmedia.az xəbər verir ki, bunu işğalçı ölkənin baş naziri Nikol Paşinyan deyib.

Son aylarda Türkiyə və Azərbaycanla normallaşma tələbləri geniş vüsət alan Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla daimi sülh sazişi əldə etmək istədiklərini bildirib.

O, bəyan edib ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır.

Paşinyan, Azərbaycanla münasibətləri normallaşdırmaq istədiklərini və atəşkəslə qane olmadıqlarını bildirib.

“Azərbaycanla daimi sülh sazişi bağlamaq, diplomatik münasibətlər qurmaq istəyirik”-, deyə o əlavə edib. //Turanmedia.az

 

Mənbə: Modern.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678