Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Jirinovski it sahiblərini psixiatr müayinəsindən keçirməyə çağırdı

134 Baxış

Təhlükəli it cinslərinin sahibləri psixiatr müayinəsindən keçməlidir.

“Politika Seqodnya”nın məlumatına görə, bu təklifi Rusiyanın Liberal Demokrat Partiyasının lideri və millət vəkili Vladimir Jirinovski irəli sürüb.

Parlamentarinin sözlərinə görə, bir çox insan təhlükəli it cinslərinin görünməsindən narahatdır. O, ölkə sakinlərinin təhlükəsizliyi üçün təhlükəli ev heyvanlarının sahiblərinə xüsusi nəzarət tələb edib.

“Bunlar döyüş cinsləridir. Bu halda onun gələcək sahibinin psixi sağlamlığı və vəziyyəti haqqında arayış olmalıdır”, – deyə Jirinovski vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678