Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan: “İyunda ölkə üzrə normallaşmanı təmin etməyi hədəfləyirik”

147 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ şirkətləri idarəçilərinin iştirakı ilə keçirilən onlayn görüşə qatılıb.

“Anadolu” agentliyinin məlumatına görə, dövlət başçısı bir sıra maraqlı açıqlamalar verib.

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərindən danışan R.T.Ərdoğan bəyan edib ki, Türkiyə hökuməti iyun ayında ölkə üzrə normallaşmanı təmin etməyi hədəfləyir.  

“Vaksinasiya prosesində 29 milyon doza səviyyəsinə yaxınlaşmışıq. Xüsusən də iyun ayında intensiv bir peyvənd kampaniyası keçirərək ölkəmizdə normallaşmanı təmin etməyi hədəfləyirik”, – deyə prezident bildirib.

R.T.Ərdoğan pandemiyaya rəğmən Türkiyə iqtisadiyyatında əldə olunan uğurlardan da bəhs edib.

“Böyük 20-lik ölkələri arasında Çindən sonra 1.8 faizlik yüksəlişlə iqtisadi böyüməni təmin edən ikinci ölkə olduq. Ənənəvi bazarlarımızdakı ciddi kiçilməyə baxmayaraq, ixracatda 170 milyard dollarlıq bir rəqəmə çatdıq”, – deyə dövlət başçısı qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678