Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

26 yoluxmaya görə milyonlarla insan sərt karantinə yollanacaq

116 Baxış

Avstraliyanın Viktoriya ştatının hökuməti bütün əhalini – təxminən 7 milyon insanı, yüksək dərəcədə yoluxucu koronavirus ştammının yayılması ilə əlaqədar ən azı bir həftə müddətinə sərt karantinə göndərəcək.

Bu barədə “Reuters” xəbər yayıb.

“Biz virusun əvvəllər gördüyümüz bütün variantlarından daha sürətli yayılan xüsusi yoluxucu növü ilə qarşılaşmışıq”, – deyə ştatın baş naziri Ceyms Merlino bəyan edib.

Onun sözlərinə görə, virusun birindən digərinə ötürülməsi üçün sözügedən ştammın adi SARS-CoV-2-dən bir neçə dəfə az vaxta ehtiyacı var.

İndiyə qədər hələ ki, 26 yoluxma qeydə alınıb. Bununla belə risk altında olanların, yəni xəstəliyə tutula biləcəklərinin sayının təxminən 10 min nəfər olduğu təxmin edilir.

Karantin qaydalarına görə, ştat sakinləri yalnız dövlət tərəfindən təsdiqlənmiş vacib işlərə göndərildikdə, xəstələrə qulluq edildikdə, vaksinasiyaya yollandıqda, yemək və digər ləvazimatlar almaq üçün çıxdıqda, yaxud idmanla məşğul olduqda (2 saatdan çox olmayaraq və yalnız bir nəfərin müşayiəti ilə) evlərindən çıxa biləcəklər.

Eyni zamanda, alış-veriş və idmana evin maksimum 5 kilometr radiusunda icazə verilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678