Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsveç çoxarvadlılıqla bağlı qanunu sərtləşdirdi

124 Baxış

İsveç parlamenti çoxarvadlılığa qadağa ilə bağlı qanunda dəyişiklik edib.

“Aftenbladet” nəşri xəbər verir ki, iyunun 1-də, qanunun qüvvəyə minəcəyi gün İsveçdə digər dövlətlərdə bağlanmaq da daxil olmaqla çoxarvadlı nikahlar qanuni sayılmayacaq.

Bu zamana qədər İsveçdə çoxarvadlı nikahlar qadağan olunsa da, müvafiq qadağa krallığın xaricində nikah bağlayan miqrant ailələrinə aid deyildi. Amma yeni qanun istisna təşkil edir.

Xüsusilə, boşanma halında əmlak bölgüsü zamanı çoxarvadlı nikahdan olan qadınların hüquqları nəzərə alınacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678