Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Peyvənd vurdurmaq üçün ən münasib vaxt hansıdır?

116 Baxış

Yay tətili mövsümündən əvvəl koronavirusa qarşı peyvənd vurdurmaq daha məqsədəuyğundur.

Bu barədə rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok “Sputnik” radiosuna müsahibəsində deyib.

Mütəxəssis qeyd edib ki, yayda insanlar davamlı hərəkət edir, böyüklər istirahətə gedir, uşaqlar yay tətilinə çıxır. Bu, ünsiyyətdə olma sayını artırır.

“Hər hansı bir səfərdə sizin və yaxın ətrafınızın mümkün koronavirus infeksiyasından qorunacağından əmin olmaq üçün təxirə salınmadan dərhal peyvənd vurdurmanız daha yaxşıdır”, – deyə o bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678