Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fətullah Gülənin qardaşı oğlu MİT əməliyyatı ilə xaricdən Türkiyəyə aparılıb

113 Baxış

FETÖ təriqətinin rəhbəri Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyat nəticəsində xaricdən tutularaq ölkəyə aparılıb.

Bu barədə “Anadolu” Agentliyi öz mənbələrinə istinadən bildirib.

Bildirilir ki, FETÖ/PDY-nin “məsullar”ı arasında bir çox adla qohumluq əlaqələri olan Səlahəddin Gülən FETÖ liderinin təlimatı ilə təşkilata yaxın strukturun köməyi ilə xaricə qaçırılmışdı.

O, “Silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə axtarışda idi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678