Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada bir mənzildən ikisi uşaq olmaqla dörd nəfərin meyiti tapılıb

121 Baxış

Rusiyanın Moskva vilayətinin Şyolkovo şəhərində bir evdən iki uşağın və onların iki valideyninin cəsədi aşkar edilib.

“Arqumentı i Faktı” xəbər verir ki, qonşulardan məlumat daxil olan kimi polislər və məhkəmə ekspertləri hadisə yerinə yollanıb.

Cəsədlərin tapıldığı mənzilin qapısı arxa tərəfdən bağlı olub. Hadisə yerində olan bütün maddi sübutlar və əşyalar toplanılaraq istintaq orqanlarına təhvil verilib.

Qeyd olunur ki, mütəxəssislər ailə haqqında məlumat toplayır, onların yaxınlarını dindirir və cinayətə səbəb ola biləcək səbəbləri öyrənir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678