Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mqer Qriqoryan: “Azərbaycan-Rusiya-Ermənistan komissiyası işini dayandırıb”

135 Baxış

Ermənistan, Rusiya və Azərbaycanın regional kommunikasiya infrastrukturunun blokdan çıxarılması üzrə üçtərəfli komissiya Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyətlə əlaqədar işini dayandırıb.

TASS agentliyi xəbər verir ki, bu barədə Ermənistan parlamentində çıxışı zamanı baş nazirin müavini səlahiyyətlərini icra edən Mqer Qriqoryan deyib.

“Komissiya işini davam etdirmir, çünki effektiv və səmərəli iş üçün uyğun fona ehtiyac var. Düşünmürəm ki, sərhəddə belə bir vəziyyət olduğu müddətdə konstruktiv iş görmək mümkün olsun. Hazırda bu xətt üzrə kontaktlarımız kəsilib, görək gələcəkdə nəcə olur”, – deyə M. Qriqoryan söyləyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678