Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu dərəcədə olduğunu heç gözləmirdik – PA rəsmisi

27 Baxış

Tərksilah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsində yazıb.

Prezidentin köməkçisi qeyd edib ki, Qarabağda üçgünlük tərksilah prosesi göstərdi ki, bu bölgə işğal dövründə hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barut çəlləyinə çevrilib.

“Əhalinin sayına və ərazinin ölçüsünə görə bölgənin bu dərəcədə hərbiləşdiriləcəyini heç gözləmirdik”, – H.Hacıyev əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678