Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan 200 milyon dollarlıq əczaçılıq məhsulu alıb

132 Baxış

Azərbaycanda əczaçılıq məhsullarına tələb artıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu məhsulların idxalına xərclənən vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 48 milyon 238,8 min dollar və ya 31,8 faiz çox olub.

2021-ci ilin yanvar-may ayları ərzində əczaçılıq məhsullarının idxalına 199 milyon 740,2 min dollar vəsait xərclənib. Ölkəmizdən ixrac edilən müvafiq məhsulların ümumi dəyəri isə 523,4 min dollar olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 148,5 min dollar və ya 39,6 faiz çoxdur.

Qeyd edək ki, əczaçılıq məhsullarının ixrac dəyəri 2021-ci ilin yanvar-may aylarının ümumi ixracının 4,8 faizini təşkil edib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678