Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İran ərazisindən Türkiyəyə raket hücumu olub

111 Baxış

Türkiyənin Hakkari vilayətinin İranla sərhəddə yerləşən Yüksəkova şəhərinin ərazisində mina axtaran türkiyəli istehkamçılar raket hücumuna məruz qalıb.

Bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində dərc edilib.

Rəsmi məlumatda qeyd olunur ki, açılan cavab atəşi nəticəsində üç PKK-lı terrorçu zərərsizləşdirilib.

Türkiyəli minaaxtaranlar arasında xəsarət alan olmayıb.

Məlumat üçün qeyd edək ki, İranın Türkiyə ilə sərhəd şimal-qərb bölgəsində PKK terror qruplaşmasının İran cinahı olan “Pejak” fəaliyyət göstərir.

Hakkâri Yüksekova’da modüler beton duvar yapımında çalışan firmaların emniyetini almak üzere yol araması yapan METİ timimize İran topraklarından roket atılmış, verilen karşılık neticesinde 3 PKK’lı terörist etkisiz hâle getirilmiştir. Birliklerimizde herhangi bir zayiat yoktur. pic.twitter.com/6pPSl1kmSL

— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) June 2, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678