Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mikroavtobusla minik avtomobili toqquşub: Ölən və xəsarət alanlar var – FOTO

128 Baxış

Bakı-Qazax avtomobil yolunda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Bakı-Qazax magistralının Tovuz rayonu ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusla VAZ-2107 markalı avtomobil toqquşub.

Hadisə zamanı 1970-ci il təvəllüdlü Namiq Məmmədov ölüb, daha iki nəfər xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678