Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Marukyan Ermənistan Səhiyyə Nazirliyində baş verən silsilə qətl və qalmaqalların səbəbini açıqladı

130 Baxış

Ermənistanın dövlət idarəetmə orqanlarında xaos hökm sürür. Dövlət sistemi faktiki olaraq işini dayandırıb və bu xaosun nəticələri hər yerdə görünür, o cümlədən bir sıra səs-küylü qətllərdə.

Bunu “Maariflənmiş Ermənistan” partiyasının lideri və eyni adlı fraksiyanın rəhbəri Edmon Marukyan Ermənistan parlamentində jurnalistlərə açıqlamasında deyib.

“Görürük ki, dövlət sistemi işləmir. Bu, fərqli sahələrdə fərqli şəkildə özünü göstərir. Səhiyyə sahəsində bu, ölən hərbçilərin qalıqları ilə bağlı hadisədir, hüquq-mühafizə orqanlarında İrəvanın mərkəzində günün günorta vaxtı qətlin törədilməsidir”.

Onun sözlərinə görə, Ermənistan Respublikasının bir çox dövlət qurumları və məmurları erkən seçkilər ərəfəsində gözləmə mövqeyində oldular. Onlar necə davranmaları və nə etmələri üçün seçkilərin nəticələrini gözləyirlər. Bu cür qarışıqlıq və səmərəsiz fəaliyyət şərtlərində qətl də baş verə bilər, başqa hadisələr də.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678