Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ əlavə doza vaksinlə bağlı tədqiqtlara başladı

123 Baxış

ABŞ Milli Səhiyyə İnstitutu (NIH) başqa bir istehsalçının əlavə, üçüncü doza COVID-19 peyvəndinin təsirləri ilə bağlı tədqiqatlara başlayıb.

TASS bu barədə elmi mərkəzin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Bildirilir ki, sınaqlar zamanı COVID-19-a qarşı tam vaksinasiya olunmuş yetkin könüllülər digər istehsalçılardan artırıcı dozada peyvənd olunacaqlar.

Məqsəd qarışıq gücləndirici sxemin təhlükəsizliyini və immunogenliyini müəyyənləşdirməkdir.

“Baxmayaraq ki, hazırda ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənmiş peyvəndlər COVID-19-a qarşı etibarlı qoruma təmin edir, biz yenə də immunitetin zəifləməsinin qarşısını almaq və inkişaf etməkdə olan virusdan qorunmaq üçün peyvəndləri yenidən tətbiq etməyə hazır olmalıyıq”, – deyə ABŞ-ın Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi bildirib.

Onun sözlərinə görə, müvafiq araşdırma lazım gələrsə, qarışıq formada revaksinasiya qərarı üçün yol açacaq.

İlkin test nəticələrinin 2021-ci ilin yayında çıxacağı gözlənilir. Bu tədqiqat zamanı möhkəmləndirici doza alan könüllülər bir il müddətində izləniləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678