Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ seçkilərində qələbə qazanan müsəlman qadınlar

153 Baxış

ABŞ Konqresinə və ölkədəki əyalət rəhbərliyinə seçilən müsəlman namizədlər müəyyənləşdirilməyə başlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, Kolorado, Viskonsin və Oklahoma ştatlarında müsəlman namizədlər arasında ilk dəfə seçilənlər olub.

2018-ci il seçkilərində Demokratlar Partiyasından Konqresə seçilmiş ilk müsəlman qadın millət vəkilləri Minnesotadan Somali mənşəli İlhan Ömər və Miçiqandan Fələstin mənşəli Rəşidə Tlayb bu seçkilərdə də yerlərini qoruyublar.

Seçkilərdə Konqresə daxil olmağı bacaran 3-cü müsəlman namizəd İndiananın 7-ci bölgəsində Respublikaçı rəqibinə qarşı səslərin 65 faizini qazanan Andre Karson olub.

2007-ci ildə, o, ABŞ tarixində Minnesotada Demokrat millət vəkili olaraq Konqresə seçilən ilk müsəlman Keyt Allisondan sonra 2008-ci ilin xüsusi seçkilərində Nümayəndələr Palatasına girən ikinci müsəlmandır.

3 noyabr prezident seçkiləri müsəlman namizədlər baxımından ölkədəki əyalət hökumətləri səviyyəsində də ilklərə imza atıb.

Oklahomada ilk dəfə əyalət qanunverici orqanına 27 yaşlı müsəlman namizəd Mauree Törnerin seçilməsi xəbərlərə manşet olub.

Respublikaçı rəqibinə qarşı səslərin 71 faizini qazanan Törner bu barədə sevincini gizlətməyərək “Bütün ömrüm boyu kənarda yaşayan biri kimi bu, mənim üçün çox şey deməkdir”, – deyə bildirib.

20 il əvvəl Viskonsin ştatındakı Qambiyadan immiqrant olaraq ABŞ-a gələn Samba Baldeh əyalət qanunverici orqanına seçilən ilk müsəlman nümayəndəsi olub, İndiana əyalət qanunverici orqanına daxil olan 40 yaşlı demokrat müsəlman qadın namizəd Fedi Qaddoura isə ilk müsəlman namizəddir.

Eynilə, 28 yaşlı qaradərili qadın Mədinə Vilson-Anton kimi. O, Delayver ştatında 71 faiz səslə əyalət ümumi məclisinə seçilib.

İlk dəfə Fələstin mənşəli müsəlman namizəd İman Jode əyalət məclisinə millət vəkili olaraq daxil olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678