Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İzmirdə baş verən güclü zəlzələ əməliyyat otağında həyəcana səbəb olub – VİDEO

144 Baxış

Bir neçə gün əvvəl Türkiyənin İzmir vilayətində baş verən güclü zəlzələ həkimlərin də fəaliyyətinə maneə yaradıb.

“Haber7”nin məlumatına görə, hadisə xəstəxanaların birinin təhlükəsiz kameraları tərəfindən qeydə alınıb.

Zəlzələnin baş verdiyi an xəstəxanada əməliyyat aparan cərrah Özgün Akgül yayımlanan görüntülər barədə açıqlama verib.

O etiraf edib ki, yeraltı təkanın ilk saniyələrində həkimlər arasında həyəcan yaşanıb.

“Əməliyyata cavabdeh şəxs kimi həmkarlarımı və köməkçilərimi sakitləşdirməyə çalışdım. Yeraltı təkan bitən kimi əməliyyata qaldığımız yerdən davam etdik”.

Cərrah əlavə edib ki, əməliyyatı uğurla başa çatdırıblar və xəstənin həyatına heç bir təhlükə yoxdur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678