Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Səfirliyimizə hücumla bağlı türk generaldan şok iddia

56 Baxış

Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçu bilərəkdən oradakı xidməti avtomobili arxadan vurub. Məqsəd isə bundan içəriyə girmək üçün istifadə etmək olub.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Haber Qlobal”dakı proqramda çıxışı zamanı Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki Ərdoğan Qaraquş deyib.

General səfirliyin maşını vurulduqdan sonra binanın önündəki İranın mühafizə polisinin hadisə ilə bağlı içəriyə bilərəkdən zəng etdiyini bildirib. O, bununla polisin terrorçunun binaya daxil olması üçün giriş qapısını açdırdığını vurğulayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678