Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstan parlamenti genişmiqyaslı seçki islahatını təsdiq edib

121 Baxış

Gürcüstan parlamenti üçüncü oxunuşda ölkədə genişmiqyaslı seçki islahatını nəzərdə tutan qanun layihəsini təsdiq edib.

TASS xəbər verir ki, layihənin hazırlanmasında müxalifət partiyaları da yaxından iştirak edib.  

Qanuna əsasən, artıq Mərkəzi Seçki Komissiyasının formalaşması fərqli prinsiplə həyata keçiriləcək. Seçki prosesində elektron qutular tətbiq olunacaq.

Həmçinin, qanunla seçki günü məntəqələrdən 100 metr radiusda hər hansı bir təbliğata icazə verilmir. Mərkəzi Seçki Komissiyasına partiyaların şikayətinə baxmaqdan imtina etmək qadağan olunur.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678